Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda üç, “Biləsuvar” gömrük postunda 55 yük maşını gözləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) İqtisadiyyat.az-a verilən xəbərə görə, hazırda “Qırmızı Körpü” gömrük postunda 402, “Mazımqara” gömrük postunda 46, “Samur” gömrük postunda 40 və “Xanoba” gömrük postunda üç yük maşını var.