"Fənərbağça"da heyətdə düşünülməyən Altay Bayındır üçün "Ayaks"ın transferi başa vurmağa yaxın olduğu bildirilib.

İqtisadiyyat.az "PlaySpor"a istinadən xəbər verir ki, "Fənərbağça"nın uğurlu qapıçısı Altay Bayındırla "Ayaks" yaxından maraqlanıb.

Xəbərə görə, Hollandiya nəhəngi Türkiyə millisinin qapıçısı üçün "Fənərbağça"ya 5 milyon avro təklif edib.

İstanbul təmsilçisinin də ayrılmasına müsbət yanaşdığı Altayın başqa kluba keçəcəyi gözlənilir.

25 yaşlı qapıçı 2019-cu ildə "Ankaragücü"dən 1,5 milyon avroya "Fənərbağça"ya keçib. Uğurlu qolkiper ümumilikdə 141 dəfə "Fənərbağça" forma sı geyinib və 42 matçda qol buraxmayıb.