Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycanla keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.

İqtisadiyyat.az xəbər verir ki, almaniyalı mütəxəssis məqsədlərinin hər iki görüşdə qələbə qazanmaq olduğunu bildirib.

Buna baxmayaraq, Ranqnik heyətdə itkilərin çox olmasından narahatlıq keçirdiyini də gizlətməyib: “Bizi Belçika və Azərbaycanla iki ağır oyun gözləyir. Belçika qrup birinciliyi uğrunda əsas rəqib sayılır. Həmçinin Bakı səfəri heç də bundan az əhəmiyyət kəsb etmir. Azərbaycan yığması öz meydanında rəqibləri ilə yaxşı mübarizə aparır. Belə bir vəziyyətdə heyətdə ciddi itkilərin olması heç də yaxşı hal deyil. Son olaraq kapitanımız David Alabanı zədə ucbatından heyətdən çıxarmalı olduq. Ancaq inanıram ki, onların yerinə çağırılanlar bu yoxluğu hiss etdirməyəcəklər”.

Qeyd edək ki, Avstriya yığması oktyabrın 13-də Vyanada Belçika ilə, 16-da isə Bakıda Azərbaycanla qarşılaşacaq