“Qarabağ”ın hücumçusu Musa Qurbanlı karyerasını ölkə xaricində davam etdirə bilər.

İqtisadiyyat.az “laola1” saytına istinadən xəbər verir ki, Avstriyanın “Zalsburq” klubu millimizin üzvünü heyətinə qatmaqda israrlıdır. Klub gələcək vəd edən gənc futbolçunu rənglərinə bağlamaq istəyir.

Musa ilə yanaşı, daha bir neçə oyunçunu gündəminə alan Avstriya təmsilçisi yayda güclü bir heyət qurmağı hədəfləyib. Daha öncə karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirən Qurbanlının başqa bir neçə klubun da maraq dairəsində olduğu bilinir.

21 yaşlı hücumçu ötən mövsüm “Qarabağ” forması ilə Misli Premyer Liqasında 21 qol vurub.