Transfermrkt məlumatlarına görə Avropanın ən dəyərli liqaları məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. Bu liqanın dəyəri 10,2 milyard avrodur.

2-ci ən dəyərli çempionat isə İspaniya La Liqasıdır. Bu Liqanın isə 4,6 milyard avro qiyməti var .

İtaliya A seriyası 3-cü pillədə qərarlaşıb. Çempionatın dəyəri 4,5 milyard avrodur.

Almaniya Bundesliqası isə 4,1 milyard avro ilə 4-cüdür.

3,5 milyard avro ilə Fransa Liqa 1 beşinci, 1,2 milyard avro ilə isə Portuqaliya Super Liqası 6-cıdır.

Türkiyə Super Liqasının dəyəri isə 1 milyard avrodur.