Avropanın 5 əsas liqası, Premyer Liqa, La Liqa, Liqa 1, Bundesliqa və  A Seriyasında hakimlərin qazancları açıqlanıb. İspan hakimlər dünyanın ən çox izləyicisi olan Premyer Liqa hakimlərini geridə qoyaraq, birinci yeri tutublar.

İqtisadiyyat.az xəbər verir ki, La Liqa hakimləri ayda 12500 avro qazandığı halda, hər oyun üçün 4200 avro, VAR-da isə 2100 avro qazanırlar.  İspan hakim ildə orta hesabla 250 min avro qazanır.

Premyer Liqa hakimləri ayda 3700 avro, oyun başına 1300 avro və VAR-da 1000 avro qazanırlar. İngilis hakim ildə orta hesabla 110 min avro qazanır.

A seriyasında hakimlər ayda 3900-6500 avro qazanırlar. Hər oyuna 3400 avro qazanan hakimlər VAR-da 1500 avro qazanırlar. İtaliyalı bir hakim ildə orta hesabla 140 min avro qazanır.

Liqa 1-də fransalı hakimlər hər oyun üçün 2900 avro, aylıq 6 min avro, VAR-da isə 900 avro qazanırlar. Fransız hakim ildə orta hesabla 120 min avro qazanır.

Bundesliqada hakimlər ayda 2500 avro ilə 6 min avro arasında maaş alırlar. Hakimlər hər oyun üçün 3600 avro, VAR-da isə 1100 avro qazanır.

Çempionlar Liqasında hakimlər hər oyuna 7 min avro qazanır.