Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya Reyn çayında sululuq səviyyəsinin azalması səbəbilə gəmiçiliyin çökəcəyini proqnozlaşdırır.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung (FAZ) Everstream Analytics" konsaltinq şirkətinin məlumatında deyilir.

Məlumata görə, Reyn çayının dayazlaşması barjdan istifadənin 40% azalmasına səbəb olub. Hazırda Avropanın ən mühüm nəqliyyat arteriyasında - Reyn çayında suyun səviyyəsinin davamlı olaraq azalması riski ən yüksək həddədir.

Bildirilib ki, çayda tədricən gəmilərin yığılması gəmi yüklərinin kəskin azalmasına səbəb ola bilər ki, bu da regionun ən böyük iqtisadiyyatı sayılan Almaniyada ticarət və logistika üçün mənfi nəticələrə səbəb ola bilər.

Əlavə edək ki, Reyn çayı Avropanın ən mühüm su ticarəti yolu hesab olunur. Kritik dayazlaşma nəticəsində bir sıra yüklərin, o cümlədən kömür, neft, metallar və kənd təsərrüfatı məhsullarının daşınması ləngiyə bilər.