Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya dörd il müddətinə 50 milyard avro dəyərində yeni yardım paketi təklif edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Leyen Avropa İttifaqının vəziyyətinə dair illik məruzə ilə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu cür yardım gələcəkdə ölkənin yenidən qurulmasına kömək edəcək: “Avropa Ukraynada ədalətli və davamlı sülh istəyir. Bunun üçün Kiyevə həm təhlükəsizlik, həm də uzunmüddətli zəmanət lazımdır. Bu məqsədlə ölkəyə sərmayə və islahatlar üçün 50 milyard avro təklif etdik”.

 

Gözəl Həşimova