Azərbaycanın daha bir karateçisi III Avropa Oyunlarında ən azı bürünc medalı təmin edib.

İqtisadiyyat.az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı yarımfinala vəsiqə qazanmaqla bunu bacarıb.

B qrupundakı ilk görüşündə ispaniyalı Babakar Sakoya 6:4 hesabı ilə qalib gələn Asiman növbəti qarşılaşmada gürcüstanlı Qoqita Arkania ilə bacarmayıb - 1:2. Son döyüşdə isə bosniya və herseqovinalı Anes Bostanjiçi 9:1 hesabı ilə məğlub edən karateçimiz adını yarımfinala yazdırıb. Onun finalın bir addımlığındakı rəqibi xorvatiyalı Andelo Kveşiçdir.

Təxminən saat 19:10-da başlayacaq yarımfinal görüşü "CBC Sport"la canlı yayımlanacaq.