Polşada keçirilən III Avropa Oyunlarında taekvondo yarışlarının ilk gününün püşkü atılıb.

İqtisadiyyat.az xəbər verir ki, püşkə əsasən, Azərbaycan millisinin 4 üzvünün ilk rəqibləri müəyyənləşib.

Onların hər biri yarışa 1/8 final mərhələsindən qoşulacaq.

Səyyad Dadaşov (54 kq) almaniyalı Xalid Abdel Halimlə üz-üzə gələcək. Qaşım Maqomedov (58 kq) startda Aymen Açnineni (Niderland) sınağa çəkəcək.

Minayə Əkbərova (46 kq) debütdə Sofiya Zampetti (İtaliya) ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) isə ilk görüşünü Sufarada Kisskalta (Almaniya) qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur.