Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov (63.5 kq) Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, o, full-kontakt növündə finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana 3:0 qalib gələrək yarışın qalibi olub.

Bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. 

Qeyd edək ki, daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) Avropa Oyunlarının qalibi adına yiyələniblər.