Polşada III Avropa Oyunları davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yarışda 14 idman növü üzrə 101 idmançı ilə təmsil olunur.

Hazırda komandamızın hesabında 8 (2 qızıl, 1 gümüş, 5 bürünc) mükafat var.

Karateçilər Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) çempion olub, taekvondoçu Sayad Dadaşov (54 kq) gümüş medala sahib çıxıb. Karateçi Asiman Qurbanlı (+84 kq), taekvondoçu Qaşım Maqomedov (68 kq) və muay-tayçılar Aisu Davrişova (57 kq), Emili Rzayeva (63,5 kq) və Xəyal Əliyev (67 kq) bürünc medal qazanıblar.

Bu göstərici ilə Azərbaycan hazırda 24-cü yerdədir.

Medal sıralamasına İtaliya (19-19-25) başçılıq edir. İspaniya (18-11-14) ikinci, Ukrayna (17-10-7) üçüncüdür.