Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilir. Monako şəhərində təşkil olunan mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

İqtisadiyyat.az xbər verir ki, “Qarabağ” H qrupunda yer alıb. Təmsilçimizin rəqibləri “Bayer” (Almaniya), “Mölde” (Norveç) və “Haken”dir (İsveç).

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünüb.

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq