"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, H qrupunda yer alan Ağdam təmsilçisi səfərdə İsveçin “Hakken” komandası ilə qarşılaşıb. Matç "Qarabağ"ın 0-1 hesablı qələbəsi ilə başa çatıb.

“Hakken” ilk turda Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. “Qarabağ” isə Norveçin “Molde” komandasına Bakıda 1:0 hesabıyla qalib gəlib.

Bu gün qrupun digər matçında “Bayer” “Molde”ni 1-2 hesabı ilə məğlub edib.

Avropa Liqası

H qrupu

5 oktyabr

23:00. “Hakken” – “Qarabağ” 0-1

Juninyo

Baş hakim: Sebastyan Qişamer (Avstriya).

Göteborq. “Ullevi” stadionu