Bu gün Avropa Konfrans Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılıb.

İqtisadiyyat.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

 Avropa Konfrans Liqasında 1/4 final cütləri: 

"Lex Poznan" - "Fiorentina"

"Gent" - "West Ham"

"Anderlext " - "Az Alkmaar"

"Bazel" - "Nitsa"

Püşkatma nəticəsində yarımfinal cütlükləri və finalın nominal meydan sahibləri də müəyyənləşib.

Yarımfinal

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya) / "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) / "AZ Alkmaar" - "Anderlext" (Belçika)

 

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.