Futbol üzrə Avropa çempionatı Türkiyədə keçirilə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu əlamətdar hadisə 2028 və ya 2032-ci ildə baş tuta bilər. 

Belə ki, ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu yarışlara ev sahibliyi etmək üçün namizədlik sənədini imzalayıb.

 2024-cü ildəki qitə çempionatı Almaniyada təşkil olunacaq, çünki 2019-cu ildə Türkiyə səsvermədə məğlub olub.