"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, 1-ci turda Norveç “Molde”sini qəbul edəcək.

Ölkə çempionu 2-ci turda, oktyabrın 5-də İsveçdə “Haken”in qonağı olacaq.

“Köhlən atlar” oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq 3-cü (səfər) və 3-cü (ev) turlarda Almaniya nəhəngi “Bayer”lə üz-üzə gələcək.

Noyabrın 30-da, 5-ci turda “Molde”nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda “Haken”i sınağa çəkəcək