Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ilk matçına çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, yığmamız yeni tsiklin ilk matçını səfərdə keçirəcək.

Canni De Byazinin yetirmələri Avstriya yığmasının qonağı olacaqlar. “Rayffayzen Arena”da baş tutacaq matçı Polşadan olan hakimlər idarə edəcəklər.