Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helqa Şmid Ukraynanın daha əvvəl tələb etdiyi Rusiyanın təşkilatdan çıxarılmasına qarşı çıxıb.  

İqtisadiyyat.az xəbər verir ki, o, bu məsələ ilə bağlı mövqeyini Welt-ə açıqlayıb. 

Onun fikrincə, bugünkü reallıqda Moskvanın üzvlüyü mənasız deyil: 

 “Bir gün yenidən rabitə kanallarına ehtiyacımız olacaq. Və ATƏT yeganə təhlükəsizlik təşkilatıdır ki, burada Avropanın təhlükəsizlik arxitekturası üçün əhəmiyyət kəsb edən hər kəs bir masa arxasında əyləşib. Eyni masa arxasında olmaq “diplomatik nəzakət” mübadiləsi demək deyil”.