Portuqaliyanın "Vitoriya" klubunun futbolçusu İsa Suliman karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

"Operativ Media" xəbər verir ki, 25 yaşlı müdafiəçi "Sumqayıt"la danışıqlar aparır. Bu barədə "Record" nəşri məlumat yayıb. Xəbərdə Sulimanın "kimyaçılar"la müqavilə imzalamağa yaxın olduğu bildirilib.

"Aston Villa"nın yetirməsi olan müdafiəçi karyerası ərzində daha əvvəl İngiltərədə "Çeltenhem", "Qrimbsi", Niderlandda "Emmen" və Portuqaliyada "Nasional"da çıxış edib. 

İngiltərə yığmasının aşağı yaş qruplarında çıxış etmiş İsa U-20 millisində kapitanlıq sarğısını daşıyıb. O, hazırda Pakistan millisinin üzvüdür. Ötən ay yığmada debüt edən müdafiəçi 3 matça çıxıb.