"Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bayer"dən Mussa Diabini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

"Aston Villa" Diabi üçün Bundesliqa klubuna 50 milyon avro ödəyəcək.