İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi"də çıxış edən Kay Haverts üçün fləş transfer iddiası ortaya atılıb.

İqtisadiyyat.az "Sky Sport"a istinadən xəbər verir ki, "Arsenal" Kai Havertsi heyətinə qatmaq cəhdlərini davam etdirir.

Xəbərdə iki klub arasında danışıqların son mərhələyə çatdığı bildirilərkən, Kai Havertzin də "Arsenal"da oynamaqda maraqlı olduğu bildirilib.

Bu transfer üçün "Arsenal"ın "Çelsi"yə ödəyəcəyi məbləğin 87 milyon avro olacağı iddia edilirdi.

2020/21 mövsümünün əvvəlində "Bayer Leverkuzen"dən "Çelsi"yə 80 milyon avroya keçən Havertz London komandası ilə 139 matçda 32 qol vurub, 15 məhsuldar ötürmə edib.