"Arsenal"ın baş məşqçisi Arteta istədiyi britaniyalı ulduzu astronomik qiymətə alır.

İqtisadiyyat.az "Sky Sports"a istinadən xəbər verir ki, britaniyalı oyunçu Raysın "Arsenal"a transferini tamamlamağa hazırlaşır və bu, mümkün bonuslar da daxil olmaqla London təmsilçisinə 120 milyon funt-sterlinqə (157 milyon dollar) başa gələcək.

 "Vest Hem" bu transferin tamamlanmasını səbirsizliklə gözləyir.

Arsenal Premyer Liqanın ən çılğın oyunçularından birini heyətinə qataraq Artetanın istədiyi ulduzu 157 milyon dollara bitirəcək.

Transfer cümə günü rəsmiləşərsə, Rays çox güman ki, mövsümöncəsi düşərgə üçün "Arsenal" ilə ABŞ-a uçacaq.