Azərbaycan millisinin məşqçisi Arif Əsədov Millətlər Liqasındakı püşkatma mərasimindən sonra yığmanın qrupunu dəyərləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Arif Əsədov millimizin çətin qrupa düşdüyünü bildirib.

"Düşünürəm ki, çətin qrupa düşdük. Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq. Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.