Meksikanın "Krus Azul" klubunda çıxış edən hücumçu Auqusto Lottinin Azərbaycana gəlişi baş tutmayıb.

İqtisadiyyat.az xəbər verir ki, "Neftçi" ilə danışıqlar aparan forvard "ağ-qaralar"la razılaşa bilmir.

Argentinanın "Lanus" və "Atletiko Tukuman" klubundan da təklif alan Lotti ölkəsinə qayıtmağa müsbət yanaşır.

"Transfermarkt" portalında dəyəri 1,5 milyon avro olan Lottinin "Krus Azul" ilə müqaviləsi 2026-cı ilin dekabrına qədərdir.

Argentinalı hücumçu 2023-cü ilin yanvarından "Krus Azul"da çıxış edir. Forvard bundan əvvəl ölkəsində "Rasinq", "Yunion", "Atletiko Tukuman"da forma geyinib.