Yeni mövsümdən əvvəl "Fənərbaxça"dan "Real Madrid"ə transfer olunan Arda Gülər 2 uğursuz zədə səbəbindən hələ də debüt edə bilməyib.

İqtisadiyyat.az xəbər verir ki, AS nəşri son zədəsini sağaldan və bir müddətdir komanda ilə məşqlərə qoşulan Arda Gülərin "Real Madrid"lə ilk matçına çıxacağını açıqlayıb.

Xəbərə görə, La Liqanın 12-ci həftəsində noyabrın 5-də keçiriləcək "Real Madrid" - "Rayo Valyekano" matçında Arda Gülər meydana çıxacaq.

Menisküs əməliyyatından sağaldıqdan dərhal sonra sol arxa əzələsindən zədə alan Arda Gülər "Real Madrid"də debüt edə bilməyib.