2024-cü il Avropa Çempionatının seçmə mərhələsində Uelslə ikinci hissədə oyuna daxil olan Arda Gülər vurduğu qolla rekord qırıb.

 İqtisadiyyat.az xəbər verir ki, gənc futbolçu 18 yaş 114 günündə vurduğu qolla Türkiyə milli komandasının ən gənc bombardiri olmağı bacarıb. 4-cü dəfə ay-ulduzlu formanı geyinən Arda Gülər bununla da ilk məqsədinə nail olub.

 Bu mövsüm "Fənərbaxça"nın heyətində 35 oyun keçirən Arda Gülər 6 qol vurub, 7 məhsuldar ötürmə edib.