"Fənərbaxça”nın gənc futbolçusu Arda Gülərin “Real”a keçidi tamamlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının instaqram hesabında məlumat verilib. 

18 yaşlı oyunçu Madrid klubu ilə 6 illik sözləşməyə imza atıb. “Fənərbaxça”bu transferdən 20 milyon avro qazanacaq. Üstəlik, 10 milyon bonus da İstanbul təmsilçisinin hesabına köçürüləcək. Əgər “Real” Ardanı başqa kluba satarsa, gəlirin 20 faizini də türkiyəlilərə ödəyəcək. 

Türkiyə mətbuatında Madrid təmsilçisi Arda Gülər üçün İstanbula xüsusi təyyarə göndərdiyi qeyd olunub. O, artıq İspaniyaya yollanıb və bu gün rəsmi sözləşməyə qol çəkəcək.