Azərbaycan Premyer Liqasının 2023-2024-cü il mövsümündə iştirak edəcək “Araz-Naxçıvan”da məşqçilər korpusu müəyyənləşib. 

İqtisadiyyat .az debütantın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər Bağırov baş məşqçi təyin olunub. 

Baş məşqçinin 5 köməkçisi olacaq. Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.