Premyer Liqaya hazırlığını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, İsmail Azzaui də bu komandanın formasını geyinəcək.

Mərakeş əsilli Belçika vətəndaşı olan yarımmüdafiəçi müxtəlif illərdə “Anderlext”in U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib. 25 yaşlı futbolçunun sonuncu klubu Niderland təmsilçisi olub.