Qış fasiləsinə lider yollanan futzal üzrə “Araz-Naxçıvan” klubu braziliyalı hücumçusu ilə vidalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "qırmızı-ağlar” müqaviləsi başa çatan Erik Dannilo ilə anlaşmanı uzatmayıb.

Yayda komandaya qoşulan “stolb” “Araz-Naxçıvan”ın forması altında Yüksək Liqada 8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində isə 2 qol vurub.