Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Araz Naxçıvan" ilk transferini reallaşdırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi klubsuz olan Şahin Zəkiyevi heyətinə qatıb. Qolkiperlə 1 illik müqavilə imzalanacaq.

Son klubu Polşada "Sokol" olan Zəkiyev daha əvvəl Azərbaycanda "Keşlə" (indiki "Şamaxı") və "Səbail"də çıxış edib.