Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" klubu heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan təmsilçisi fransalı Aksel Ngando ilə razılığa gəlib. 

Karyerası ərzində "Rennes", "Oser", "Anje", "Bastia", "Göztepe" və "Qrenobl" klublarında çıxış etmiş 30 yaşlı yarımmüdafiəçi 208 oyuna 23 qol vurub, 15 assist etməyi bacarıb.