Bu il Premyer Liqada çıxış edəcək "Araz-Naxçıvan" klubu heyətini gücləndirməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, "Araz-Naxçıvan"  son olaraq "Dinamo Kiyev" klubunda çıxış etmiş qanalı yarımmüdafiəçi Məhəmməd Kadirini heyətinə qatmağa yaxındır. 

Naxçıvan təmsilçisi 27 yaşlı futbolçu ilə razılıq əldə edib.

Karyerası ərzində "Avstriya Vien", "Arsenal Tula", "Dinamo", "Çernomorets" və "Honved" klublarında çıxış etmiş Kadiri 135 oyuna 4 qol vurub, 5 assist etməyi bacarıb.