Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan” növbəti transferini reallaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb. Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.