Yeni mövsüm hazırlıqlarını davam etdirən "Araz-Naxçıvan" klubu heyətini gücləndirməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan təmsilçisi bosniyalı futbolçusu Numan Kurdici transfer edib. 

Karyerası ərzində "Sarajeva", "Novi Pazar", "Kukesi" və RWDM klublarında çıxış edib.

24 yaşlı müdafiəçi 127 oyuna 3 qol vurub, 4 assist etməyi bacarıb.