"Apple" ABŞ-də satılan saatlarında qan oksigeninin ölçülməsi funksiyasını söndürəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

Qurğuların satışına qadağa qoyulmaması üçün şirkət smart saatlardakı mübahisəli funksiyanı söndürəcək.

Bundan əvvəl ABŞ Beynəlxalq Ticarət Komissiyası bununla bağlı "Masimo" patentini pozduğuna görə smart saatın satışı qadağan edib.

Bildirilib ki, məşhur funksiya yalnız ABŞ-də satılan saatlarda mövcud olmayacaq.

 

Gözəl Həşimova