Amerikanın “Apple” şirkəti ötən il smartfon istehsalında Cənubi Koreyanın “Samsung” korporasiyasını keçərək dünya lideri olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "İnternational Data Corporation" tədqiqat şirkəti məlumat yayıb.

Məlumata görə, ötən il "Apple"ın "iPhone" smartfonları təxminən 235 milyon tədarüklə qlobal bazarın beşdə birini təşkil edib. Tədarük həcmi 226,6 milyona qədər azalan "Samsung" şirkəti "Xiaomi Corp", "Transsion", "Vivo" və digərləri kimi Çin istehsalçılarını qabaqlayaraq ikinci yeri tutub.

 

Əli Ağayev