Apple 2023-cü ildə yeni “iPad” buraxmayıb və bununla da 12 ildir davam edən ənənəni pozub.

İqtisadiyyat.az xəbər verir ki, şirkət 2010-cu ildə orijinal “iPad”i təqdim etdikdən sonra ilk dəfədir bir təqvim ilində yeni planşet kompüteri buraxmamaq qərarına gəlib.

Qeyd edək ki, debütündən bəri “iPad” planşet seqmentində aşkar lider olmağı bacardığına görə “Apple” üçün vacib məhsuldur.

Hazırda şirkətin ən son planşeti 2022-ci ilin oktyabrında buraxılan “iPad”dir.