Türkiyə Super Liqası təmsilçisi "Ankaragücü" klubu yeni baş məşqçisini təqdim edib.

İqtisadiyyat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ankara təmsilçisi türk baş məşqçi Tolunay Kafkası komandanın başına gətirib.

Yeni baş məşqçi ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tolunay Kafkas "Ankaragücü"nün bu mövsümdə komandanın başına gətirdiyi 4-cü baş məşqçidir.