"Real Madrid" klubunun baş məşqçisi İspaniya Futbol Federasiyasının soyunub-geyinmə otağında kamera olamsı ilə bağlı təklifinə münasibət bildirib.

İqtisadiyyat.az xəbər verir kiz “Real”ın baş məşqçisi Karlo Ançelotti soyunub-geyinmə otağında kameraların olmasını istəmir:

“Kamera orada görünməməlidir, çünki onu içəri buraxmamaq hüququmuz var. Əgər bu məcburi olsaydı, maaşımı aşağı salardım ki, onlar orada olmasın”.

Qeyd edək ki, La Liqa rəhbərliyi azarkeşlərin oyuna marağını artırmaq üçün bir sıra yeniliklər tətbiq edib. Onlardan biri də fasilədə paltardəyişmə otağından çəkiliş olmasıdır. “Real” bu qayda ilə razılaşmır və məhkəməyə müraciət etmək niyyətindədir.