Avqustun 22-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət səsvermə keçirilib.

ANAMA-dan İqtisadiyyat.az-a bildirilib ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 2 namizəd - Mirzəyev Umud Rəhim oğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Qasımov Rey Kərim oğlu – (“Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İB) İctimai Şuranın üzvləri seçilib.

ANAMA yanında İctimai Şuranın 7 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi nəzərdə tutulduğundan boş qalan 5 yer üçün avqustun 26-da saat 10:00-dan 13:00-dək Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcək.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti nümayəndələrinin seçici qismində iştirakları nəzərdə tutulub.