İtaliya Milli Partizan Assosiasiyası "Amazon"u faşizmi təbliğ edən məhsullar satmaqda ittiham edib.

Bu barədə İqtisadiyyat.az “Il Giornale” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, assosiasiya nümayəndələri "Amazon"da İtaliyanın keçmiş lideri və faşist ideologiyasının banisi Benito Mussolininin təsvirini əks etdirən əşyaların satılmasından hiddətləniblər.

Sadalanan mallar arasında diktatorun təsvirləri olan heykəlciklər, üzüklər, broşlar və kupalar var.

 

Gözəl Həşimova