Almaniyada son 24 saaatda koronavirusdan daha 18 nəfər ölüb.

Bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-un statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Məlumata görə, ölkədə təhlükəli virusa yoluxma ilə bağlı qeydə alınanların sayı 348 nəfər artıb.

Qeyd edilir ki, bir gün əvvəl virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 258, ölüm halları 8 təşkil edib.

AFR-də ümumilikdə yeni koronavirusa 186 min 22 yoluxma aşkarlanıb. Qərbi Avropa ölkəsində epidemiyanın başlanğıcından COVID-19-dan 8 781 pasiyent ölüb.

Virusa ən çox yoluxma halları Bavariyada (47 min 612) qeydə alınıb. Eyni zamanda Şimali Reyn-Vestfaliyada (39 min 137) və Baden-Vürtemberqdə (35 min 90) on minlərlə insan COVID-19-a yoluxub. Paytaxt Berlində isə 7252 yoluxma aşkarlanıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report.az