Almaniya Federal Məşğulluq Agentliyi işsizlik rəqəmlərini açıqlayıb.

Bildirilib ki, işsizlərin sayı noyabr ayında bir əvvəlki aya görə 17 min artaraq 2 milyon 538 minə çatıb.

İşsizlik nisbəti noyabrda yüzdə 5,5-dən 5,6 faizə yüksəlib.

Federal Məşğulluq Agentliyinin İdarə Heyətinin üzvü Daniel Terzenbax ümumilikdə əmək bazarının sabit olduğunu deyib.

Məlumata görə, 2022-ci ilin oktyabr ayında ölkədə işçilərin sayı 32 min nəfər artaraq 45,7 milyon nəfərə çatıb.