Almaniyada işləmək istəyənlər üçün tələb olunan qaydalar açıqlanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Almaniyada bir çox işəgötürənlər iş axtaranların təhsilinə, diplomlarına və sertifikatlarına xüsusi diqqət göstərirlər.

Alman şirkətinə standart ərizə kimi motivasiya məktubu, şəkilli CV, diplom və arayış daxildir. Əlbəttə ki, Almaniyada iş tapmaq üçün alman dilini bilmək mütləqdir. İşəgötürənlər ən çox həkimlərə, baxıcılara, mühəndislərə, mexatronika işçilərinə, İT mütəxəssislərinə və maşinistlərə daha çox üstünlük verirlər.

Bundan başqa, iş axtarmağa başlamazdan əvvəl Almaniyada işləmək üçün vizaya ehtiyacınız olub-olmadığını öyrənmək daha yaxşıdır.

Almaniyada işləmək üçün vizaya ehtiyacı olmayanlara Aİ ölkələrinin vətəndaşları ilə yanaşı, İsveçrə, Lixtenşteyn, Norveç və İslandiya vətəndaşları daxildir.

Avstraliya, İsrail, Yaponiya, Kanada, Cənubi Koreya, Yeni Zelandiya və ya ABŞ vətəndaşları Almaniyaya vizasız daxil ola və üç aya qədər orada qala bilərlər.  Ancaq işləmək istəyənlər yaşayış icazəsi üçün müraciət etməlidirlər. Digər ölkələrin vətəndaşlarına isə viza lazımdır. 

Əgər Almaniyada tanınan universitet dərəcəniz varsa, iş axtarmaq üçün altı aylıq viza ala bilərsiniz.

Almaniyada ən aşağı işçi maaşı 2015-ci ildə saatda 8,5 avro olduğu halda, minimum saatlıq əməkhaqqı 1 yanvar 2022-ci il tarixindən etibarən 9,82 avroya çatıb. Almaniyada minimum əmək haqqı 1584 avrodur.

Gülşən