Almaniyada pandemiya başladığından bəri koronavirüsdan sutkalıq ölüm sayı rekord həddə yüksəlib.

TASS-a xəbər verir ki, bu barədə yerli N-TV kanalı məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində ölkədə 1051 nəfər koronavirus xəstəsi ölüb. Əvvəlki anti-rekord isə dekabrın 22-də qeydə alınıb - 940 ölüm.