Almaniyada COVID-19-a yoluxanların sayı 182 min nəfərə yaxınlaşır.

Bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı xəstəliyin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Son gün ərzində yoluxanların sayı 333 nəfər artıb, daha 11 nəfər ölüb.

Nəticədə ölkədə koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 8511-ə, virusa yoluxma hallarının sayı isə 181 min 815-ə çatıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 47 min 004 nəfərin koronavirus testi müsbət olub. Şimali Reyn-Vestfaliyada 38 mindən çox sakinə və Baden-Vürtemberqdə isə 34 min 784 nəfərə koronavirus diaqnozu qoyulub. 

Berlində yoluxanların sayı 6816 nəfər təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (Report.az)