Almaniya hökuməti Avropa Enerji Birliyinin nəzdində yaradılmış Ukraynaya Enerji Dəstəyi Fonduna əlavə olaraq 88,5 milyon avro ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə bəyanatında qeyd olunur.

Məlumata görə, 2022-ci ilin sonunda Almaniya hökuməti artıq bu fonda 129,5 milyon avro köçürüb.

Fonddan Ukrayna hakimiyyəti enerji resursları, enerji infrastrukturu obyektləri, transformator və generatorlar üçün ehtiyat hissələri və avadanlıqların alınmasını maliyyələşdirir.

 

Gözəl Həşimova