"Lazım olduğu müddətdə Ukraynaya hərtərəfli dəstək verməyə davam edəcəyimiz barədə tərəfdaşlarımızla razılığa gəlmişik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Şolts Berlində Finlandiyanın baş naziri Petteri Orpo ilə keçirdiyi birgə mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib:

"Biz razılaşdıq ki, Ukraynaya ehtiyac olduğu müddətcə hərtərəfli dəstəyimizi davam etdirəcəyik. Bu, həm müharibə dövrünə, həm də müharibə başa çatdıqdan sonra yenidənqurma dövrünə aiddir".